Ukrayna 9 may tədbirlərində iştirak edənlərə cinayət işi açıb

Ukrayna 9 may tədbirlərində iştirak edənlərə cinayət işi açıb
12 May 2021
Mətni dəyiş

Ukrayna polisi İkinci Dünya Müharibəsində Sovet ordusunun faşistlər üzərində qələbəsinin 76-cı il dönümü səbəbi ilə keçirilən tədbirlərdə iştirak edən bəzi şəxslərlə bağlı cinayət işi başladıb. 

Polisin verdiyi məlumata görə, hələlik müxtəlif maddələrlə ümumilikdə 13 cinayət işi açılıb.

Polis bildirib ki, 9 may günü saat 18:00-dan sonra 721 tədbir təşkil edilib ki, bu tədbirlərə də 54 mindən çox adam qatılıb. Tədbirlər əsnasında polisə müxtəlif pozuntularla bağlı 61 şikayət daxil olub.

Açılan cinayət işlərində əsas ittihamlar ictimai qaydanın pozuntusu və qadağan olunmuş simvollardan istifadədir.

Müxtəlif inzibati pozuntularla bağlı da 10-dan çox protokol tərtib edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun