Türkiyədə tam qapanma günlərində siqaret və içki satışı da qadağan edilib

Türkiyədə tam qapanma günlərində siqaret və içki satışı da qadağan edilib
4 May 2021
Mətni dəyiş
Türkiyə höküməti koronavirusa qarşı tədbirlər çərçivəsində yeni elan etdiyi tam qapanmada  gözlənilmədən mağazalarda təməl ehtiyac mallarının bir qismini satışdan yığışdırılmasına qərar verib. Qərar mayın 7-dən qüvvəyə minəcək. Hökümətin yeni qərarına görə şəbəkə supermarketlərində və universal mağazalarda ancaq yemək malları, məişət kimyası, heyvan yemləri, uşaq yeməkləri və kosmetik malların satılmasına izn veriləcək. Qalan bütün malların satışı qadağan ediləcək, buraya elektronika malları, geyimlər, oyuncaqlar, dəftərxana malları, qab-qacaq, maşın aksessuarları və həmçinin siqaret və içki də daxildir. Qapanma günlərində mağazalar həftə içi saat 10:00 dan 17:00-a qədər işləyəcək. Həftə sonları mağazalar da bağlı olacaq. Türkiyə Daxili İşlər Nazirliyi bu qadağaları insanların mağazalara həddən artıq çox axışmasının qarşısını almaq üçün etdiyini bildirib. Qapanma günlərində vətəndaşlar küçəyə ancaq xüsusi icazə ilə çıxa biləcəklər. Türkiyədə tam qapanma aprelin 29-dan mayın 17-nə qədər davam edəcək. Hökümət düşünür ki, ölkədə koronavirusa yoluxmaların kəskin artması nəticəsində olası fəlakətdən qorunmaq üçün belə qərar verib. Xatırladaq ki, Türkiyədə sutkalıq yoluxma 5 mindən çox idi. Aprel ayının sonlarında isə gündəlik yoluxanların sayı 40-50 minə yükləmişdi. Hal-hazırda Türkiyədə yoluxanların ümumi sayı 4,9 milyon nəfərdir, indiyədək ölkədə 41 min insan koronavirusdan ölüb, 4,5 milyon insan isə sağalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun