Tom Kruz “Qızıl Qlobus” mükafatını geri qaytarıb

Məşhur Hollivud aktyoru Tom Kruz “Qızıl Qlobus”dan (Golden Globe) qazandığı mükafatları geri qaytarıb.

Bu barədə CNN telekanalı aktyora yaxın mənbələrə istinadən xəbər verib.

Amerikalı aktyor bu addımını “Qızıl Qlobus” beynəlxalq mükafatının münsiflər heyətində cəmiyyət nümayəndələrinin müxtəlifliyinin təmin edilməməsi ilə əlaqələndirib.

Qeyd olunur ki, aktyor öz mükafatlarını Hollivudun nəzdində bu mükafatın qaliblərinin müəyyənləşdirilməsində məsul olan Xarici Jurnalistlər Cəmiyyətinə təqdim edib.

Əvvəlki məqaləİsrail və Fələstin arasında münaqişə gərginləşir: Fövqəladə vəziyyət elan edildi
Növbəti məqalədəUkrayna 9 may tədbirlərində iştirak edənlərə cinayət işi açıb