Tələbələr İqtisad Universitetinin qarşısında aksiya keçirib

Tələbələr İqtisad Universitetinin qarşısında aksiya keçirib
3 May 2021
Mətni dəyiş
Bu gün Tələbə Güc Mərkəzi Təşkilatının üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar əllərində "Tələbəyə ədalət!" bannerini tutublar. Aksiya iştirakçılarının sözlərinə görə, müəllimlər imtahanların keçirilməsi qaydalarına etiraz edən tələbələri təhdid edirlər. «Tələbələrə imtahan sualları verilmir. Bu da təbii ki, tələbələrə çətinlik yaradır. Bundan əlavə biz tələb edirik ki, onlayn qaydada keçirilən dərslərdə qayıb limiti götürülsün», - etirazçılar aksiyanın məqsədini açıqlayıblar. Bütün iştirakçılar – Rəvan Axundov, Əhməd Məmmədli, Fərid Cabbar, Tükəzban Qasımova və fəal Rüstəm İsmayılbəyli polis tərəfindən saxlanılıblar. Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan agentliyinə bildiriblər ki, aksiya iştirakçıları ərazidən çıxarılıb, amma saxlanılan yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun