Serbiyada peyvənd vurdurana alış-veriş çeki, maddi yardımlar verilir [video]

Serbiyada peyvənd vurdurana alış-veriş çeki, maddi yardımlar verilir [video]
7 May 2021
Mətni dəyiş
Serbiyanın paytaxtı Belqradda bir alış-veriş mərkəzi koronavirus peyvəndi vurduran ilk 100 nəfərə 3000 serb dinarı, yəni təqribən 20 dollar civarında mağaza çeki verəcəyini elan edəndən sonra mərkəzin önündə uzun növbə yaranıb. Serbiya höküməti insanların konspiroloji iddialara inandığı üçün son həftələrdə peyvənd kampaniyasının zəifləməsindən narahat olaraq cürbəcür həvəsləndirici üsullara əl atıb. Alış-veriş mərkəzində vaksinasiya etdirənlər arasında bundan öncə peyvəndə qarşı sərt mövqeyi ilə tanınan serb müğənnisi Yelena Karleusa da olub. Karleusa jurnalistlərə deyib ki, daha peyvəndə qarşı deyil və tibb işçiləri ilə həmrəydir. Serbiyanın prezidenti Aleksandır Vuçiç də dünənki çıxışında hökümətin Covid-19-a qarşı peyvəndi vurduran 16 yaşdan yuxarı vətəndaşlara maddi dəstək göstərəcəyini bəyan etmişdi.   https://www.youtube.com/watch?v=Z_blnE1EWBg&t=2s&ab_channel=euronews%28T%C3%BCrk%C3%A7e%29

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun