Rusiyada məktəbdə silahlı insident - 8 ölü

Rusiyada məktəbdə silahlı insident - 8 ölü
11 May 2021
Mətni dəyiş
Rusiyanın Tatarıstan Respublikasında orta məktəblərin birində silahlı insident baş verib. Belə ki, naməlum şəxs paytaxt Kazanda yerləşən məktəblərdən birinə hücum edib. [video width="480" height="848" mp4="https://i1.wp.com/www.abzas.net/wp-content/uploads/2021/05/jsrrAvXcqtvv-QCU.mp4"][/video] Hüquq-mühafizə orqanlarının əməkdaşları ikinci silahlı şəxsi zərərsizləşdiriblər. Onun məktəbin dördüncü mərtəbəsindəki sinif otaqlarının birində zərərsizləşdirildiyi bildirilir. Qeyd edilir ki, atışmanı edən 19 yaşlı Qalyaviyev İlnaz Renatoviçdir. O, 4 il bundan qabaq həmin məktəbi bitirib və hazırda kollecdə oxuyur. IT mütəxəssisidir. İlnaz Qalyaviyev ilkin açıqlamasında bildirib ki, "heç kəsi görən gözü yoxdur, bombaları düzəltməyi internetdən öyrənib. O bildirib ki, məktəbə tək gəlib və bunu hamının bilməsini istəyir. O həm də bildirib ki, "O Allahdır". Tatarıstan Prezidenti Rustam Minnixanov, səhiyyə naziri Marat Sadıkov və regionun prokuroru İldus Nafikov da hadisə yerinə gəlib. Prezident hücumu təşkil edəni "terrorist" adlandırıb. [video width="640" height="360" mp4="https://i1.wp.com/www.abzas.net/wp-content/uploads/2021/05/2021_05_11_PrezidentTatRIA16x9_e13hwr1w.vqt_.mp4"][/video] Son məlumata görə, Rusiyanın Kazan şəhərindəki təhsil müəssisəsinə edilən silahlı hücum nəticəsində yeddi məktəbli və bir müəllim öldürülüb. “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb. İnsident nəticəsində 20 nəfər yaralanıb. Atışma zamanı təşvişə düşən bir neçə şagird özünü yuxarı mərtəbələrdən aşağı atıb. [video width="640" height="352" mp4="https://i1.wp.com/www.abzas.net/wp-content/uploads/2021/05/CGB2L6l2f6TGIPs7.mp4"][/video] [video width="352" height="640" mp4="https://i1.wp.com/www.abzas.net/wp-content/uploads/2021/05/OStzwjTRkGsUCwKw.mp4"][/video] [video width="640" height="360" mp4="https://i1.wp.com/www.abzas.net/wp-content/uploads/2021/05/2021_05_11_Kazan316x9_bwvucinr.svn_.mp4"][/video]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun