Rusiya ilə münasibətləri gərgin olan daha bir ölkə Türkiyədən PUA alır

Rusiya ilə münasibətləri gərgin olan daha bir ölkə Türkiyədən PUA alır
22 May 2021
Mətni dəyiş

Polşanın müdafiə naziri Mariuş Blaşak Türkiyədən 24 ədəd silahlı Pilotsuz Uçuş Aparatı (PUA) alacaqlarını bildirib. 

Nazir bildirib ki, Polşa heç vaxt belə bir silaha sahib olmayıb. Onun sözlərinə görə, satınalma ilə bağlı müqavilə gələn həftə Polşa prezidenti Andjey Dudanın Türkiyəyə səfəri zamanı imzalanacaq.

Nazir bildirib ki, PUA-ların ilk mərhələsi 2022-ci ildə Polşaya təqdim ediləcək. Nazir bir neçə gün əvvəl “Twitter”dən üzərində Polşa bayrağı olan “Bayraktar TB2” silahlı pilotsuz uçan aparatın (SİHA) şəklini paylaşıb "Yaxınlarda yaxşı xəbərlər gəlir. Gözləyin" yazmışdı.

Bundan əvvəl Ukrayna da Türkiyədən Pilotsuz Uçuş Aparatları almışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun