Qırğızıstanla Tacikistan ordularını münaqişə bölgəsindən geri çəkirlər

Qırğızıstan və Tacikistan sərhəddi.

Ötən həftə Tacikistanla Qırğızıstan sərhəddində baş vermiş münaqişədə 30-dan çox insan ölmüş, 200-ə yaxın insan isə yaralanmışdı. Münaqişə iki ölkə arasındakı 900 km-lik sərhədd xəttinin hələ tam razılaşdırılmaması və su xəttləri üzündən baş verib. 

Qırğızıstanın baş naziri Sadır Caparov münaqişə dayanandan sonra hər iki tərəfi güc tətbiqindən çəkinməyə və hər ki tərəfdəki yaşlı insanlardan ibarət komissiya yaradaraq sülhü dəstəkləməyə çağırıb. Bununla belə o ölkəsinin Tacikistandan dəyən zərərə görə təzminat tələb etməyəcək, ancaq ərazi bütövlüyünün qorunaması üçün daha çox səy göstərəcək.

Tacikistanın Xarici İşlər Nazirliyi isə bəyan edib ki, tərəflər sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı fikirlərini bölüşür. Topoqraf işçi qrupuna tapşırılıb ki, ən qıza müddətdə ölkə sərhədi və sərhəddən kənar qalan ərazilərlə bağlı rəylər hazırlasınlar.

Qırğızıstan və Tacikistan münaqişəni dərinləşdirməmək, su resurslarından sitifadə ilə bağlı çoxillik problemləri birgə həll etməklə bağlır azılığa gəliblər. Tərəflər hərbi qulluqçuları və hərbi texnikanı sərhəddlərdən daimi diskolasiya yerinə doğru geri çəkiblər.

MƏNBƏria.ru
Əvvəlki məqaləRusiyada 9 milyon insan koronavirus əleyhinə peyvəndin hər iki dozasını vurdurub
Növbəti məqalədəƏli Xamenei Məhəmməd Cavad Zərifin səs yazısından danışıb