Mehmet Ağar: "Gülənin qəbuluna Mənsimovla birlikdə getdik, dövlətin xəbəri var idi"

Mehmet Ağar: "Gülənin qəbuluna Mənsimovla birlikdə getdik, dövlətin xəbəri var idi"
13 May 2021
Mətni dəyiş

"Fətullah Gülənin qəbuluna mən bir dəfə getmişəm, onda da Mübariz Mənsimovla birlikdə. Bundan da dövlətin xəbəri var idi"

Bu sözləri Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağar deyib. Sözcünün suallarını cavablandıran Ağar bildirib ki, hazırda Mübariz Mənsimovun üzərində həbs var, cavab vermək imkanı yoxdur, ona görə də çox danışmaq istəmir.

Jurnalistin "Siz Mübariz Mənsimova aid "Yalıkavak Marina" otelinin başına Ərdoğanın təklifi ilə keçdiyinizi demisiniz, bu düzdür?", - sualına Ağar cavab verməyib.

Mübariz Mənsimova aid şirkətlərin başına keçməsinə dair suala isə Ağar bunu Türkiyə-Azərbaycan dostluğuna görə etdiyini bildirib.

"Biz qardaş ölkəyik, iki ölkə prezidentinin də münasibətləri qardaşlıq səviyyəsindədir. Xüsusən, Qarabağ müharibəsindən sonra daha yaxınıq. Mən də buna görə təklifi qəbul edib, o şirkətlərin başına keçdim", - deyə o, əlavə edib.

Müsahibəni təqdim edirik:

[embed]https://youtu.be/KvLsEVFVEMU[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun