Maduro müxalifətlə görüşməyə hazır olduğunu deyir

Maduro müxalifətlə görüşməyə hazır olduğunu deyir
13 May 2021
Mətni dəyiş

Venesuela prezidenti Nikolas Maduro müxalifətlə görüşməyə hazır olduğunu bildirib. 

Keçmiş parlament sədri, hazırkı müxalifət lideri Xuan Quaydo bu günlərdə ABŞ sanksiyalarının götürülməsi üçün seçkilərin şərt olduğunu bildirmişdi. Maduro açıqlamanı bundan sonra yayıb.

Maduro Avropa Birliyinin böhran vəziyyəti ilə əlaqədar yaratdığı Beynəlxaq Təmas Qrupunun çətiri altında Quaydo ilə görüşün keçirilməsinə razılıq verib.

Maduro bildirib ki, müxalifət məğlub olub və hər şeydən kənarda qalıb, ona görə də hakimiyyətlə danışıqlar axtarışındadır. Ancaq o əlavə edib ki, müxalifətlə hökumətin bəzi fraksiyaları uzun müddət idi ki, dialoq içində idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun