Koronavirus varlıları daha da varlandırıb?

Koronavirus varlıları daha da varlandırıb?
22 May 2021
Mətni dəyiş

Son iki il ərzində koronavirus (Covid-19) səbəbindən dünyada milyonlarla insan həyatını itirib, onmilyonlarla insan yatağa düşüb, yüzmilyonlarla insan işsiz qalıb. Ancaq bu kabus müxtəlif ölkələrdə varlılar üçün fürsətə dönüb. 

"The Sunday Times" nəşrinin hər il davamlı olaraq yayımladığı "Varlılar siyahısı"nın builki rəqəmləri bunu üzə çıxarıb.

Belə ki, siyahıya görə, ölkənin ən varlı 250 adamının sərvəti pandemiya dövründə ümumilikdə 800 milyard dolları keçib.

Bu il milyarderlər siyahısına isə 24 yeni şəxs də əlavə edilib. Beləliklə, İngiltərədəki milyarderlərin sayı 171 nəfər olub. Onların ümumi sərvəti isə son bir ildə 21,7% artaraq 597,2 milyard funt sterlinqə (846,3 milyard dollar) çatıb.

Amerikalı varlılar da koronavirus fonunda yüzlərlə milyard dollar qazanıblar. ABŞ-da yaşayan ən zəngin 600 amerikalının son aylarda şəxsi sərvətlərinin həcmi 15% artaraq 2,9 trilyon dollardan 3,3 trilyon dollara yüksəlib.

Faiz baxımından ən yüksək artım nümayiş etdirənlər arasında birinci yerdə Tesla şirkətinin rəhbəri İlon Mask (sərvəti 48% artaraq 36 milyard dollara yüksəlib), Zukerberq (46% artaraq 80 milyard dollara) Bezos (31% artaraq 147 milyard dollara) var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun