Kanada məhkəməsi Xamneyinin məhkum edilməsi ilə bağlı qərar çıxarıb

Kanada məhkəməsi Xamneyinin məhkum edilməsi ilə bağlı qərar çıxarıb
21 May 2021
Mətni dəyiş

Kanadanın Ontariyo vilayətinin məhkəməsi İranın dini lideri Seyid Əli Xamneyinin və bir sıra yüksək vəzifəli İran rəsmisinin məhkum edilməsi ilə bağlı qərar çıxarıb. 

Buna səbəb İran tərəfindən vurulan Ukraynaya aid sərnişin təyyarəsidir. Məhkəmə bu işə təyyarədə həyatını itirən dörd kanadalının yaxınlarının müraciəti əsasında baxıb.

Məhkəmə bu hadisənin terror aktı hesab edib və yekun qərar çıxarıb.

Qərarada İran İslam Dövləti, İran Silahlı Qüvvələri, İran İnqilab Keşikçiləri ordusu, İranın dini lideri Seyid Əli Xamneyi və bir sıra İran rəsmiləri by terror hadisəsində günahkar hesab olunur, onlar məhkum edilməlidir.

Ölən dörd kanadalının yaxını bildirib ki, onlar 1 milyard dollarlıq təzminat istəyəcəklər. İran isə həlak olanların ailələrinə 150 min dollar məbləğində təzminat ödəyəcəyini bildirmişdi.

2020-ci il yanvarın 8-də “Ukrayna Hava Yolları”na məxsus “Boeng-737” sərnişin təyyarəsi yanlışlıqla iranlı hərbçilər tərəfindən raketlə vurulub. Nəticədə təyyarədəki ekipajla birlikdə 176 sərnişin həlak olub. Rəsmi Tehran hadisəyə görə məsuliyyəti üzərinə götürərək Ukraynadan üzr istəyib və həlak olanların ailələrinə kompensasiya ödəməyə razılıq verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun