İsrail və Fələstin arasında münaqişə gərginləşir: Fövqəladə vəziyyət elan edildi

İsrail və Fələstin arasında münaqişə gərginləşir: Fövqəladə vəziyyət elan edildi
12 May 2021
Mətni dəyiş
İsrail Müdafiə Qüvvələri “Həmas” radikal qruplaşmasının Qəzza zolağındakı 150 mövqeyinə eyni anda 80 qırıcı təyyarədən zərbə endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Yonatan Konrikus brifinqdə bildirib Konrikus əlavə edib ki, İsrail tərəfi uzun müddətdən bəri ilk dəfədir ki, “Həmas” və “İslam Cihad” qruplaşmasının raket atəşi açdığı 150 nöqtələrini əhatəli şəkildə 80 təyyarə ilə zərbələr endirir. O, həmçinin, çıxışı zamanı F-35 qırıcısından da istifadə edildiyini qeyd edib. [video width="480" height="240" mp4="https://i1.wp.com/www.abzas.net/wp-content/uploads/2021/05/lannZQfWBhBgSfyQ.mp4"][/video] İsrailin paytaxtı Tel-Əviv şəhərində isə Qəzza zolağından endirilən ardıcıl raket hücumları ilə əlaqədar həyəcan siqnalı verilib. Bütün şəhər sakinləri xəbərdar edilib. Bildirilib ki, Tel-Əviv səmasında çox sayda partlayış səsləri eşidilir, davamlı olaraq həyəcan siqnalı səsləndirilir. Fələstinin “Donia Al-Watan” portalı HƏMAS-ın Qəzza sektorundan Tel-Əviv istiqamətində 130 raket atdığını bildirib. Fələstinin “Həmas” radikal qrupuna daxil olan “İzzəddin Əl-Qəssam briqada”sının Tel-Əvivə atdığı raketlərdən biri avtobusu partladıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti tvitter səhifəsində məlumat yayıb. Qeyd edilib ki, avtobus boş olduğundan itki qeydə alınmayıb. “Reuters”in İsrail Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, raket hücumu nəticəsində üç nəfər yaralanıb. [video width="352" height="640" mp4="https://i1.wp.com/www.abzas.net/wp-content/uploads/2021/05/EiV5FK6vHF1QLzVU.mp4"][/video]   İsrail Müdafiə Qüvvələri “Həmas”ın Qəzza zolağında mülki binalarda yerləşdirilən silah anbarlarını atəşə tutmağa başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin “Twitter” səhifəsində məlumat yerləşdirilib. İsrail ordusu Qəzza bölgəsindəki əhaliyə xəbərdarlıq edib ki, “Həmas”ın təhlükəli obyektlərindən uzaqlaşsınlar. “The Times of Israel” qəzeti məlumatına görə, radikal qüvvələrin Tel-Əviv yaxınlığındakı Rişon Le-Zion şəhərinə endirdiyi raket zərbələri nəticəsində bir qadın həyatını itirib, daha səkkiz nəfər yaralanıb. Həmçinin, “Ben Qurion” beynəlxalq hava limanının bağlandığı bildirilib. [video width="320" height="564" mp4="https://i1.wp.com/www.abzas.net/wp-content/uploads/2021/05/b7GvrKS3EYe2uMVP.mp4"][/video]   İordan çayının qərb sahilində Nablus şəhərində İsrail hərbçiləri onlara avtomobildən atəş açan 2 fələstinlini zərəsizləşdirib. Bu barədə “The Jerusalem Post” qəzeti xəbər dərc edib. Hücum zamanı hərbçilər arasında itkinin olmadığı bildirilib. Hərbçilərin cavab atəşi nəticəsində yaralanan fələstinlilər həbs olunub. Reuters xəbər verir ki, İsrail və Qəzza zolağı arasında qarşılıqlı zərbələr nəticəsində ümumilikdə 38 nəfər ölüb. Dünyasını dəyişənlərdən 35 nəfər fələstinli, 3 nəfər isə israilli olub. İsrailin hava zərbələri Qəzzada çoxmərtəbəli binanın uçmasına səbəb olub. “HAMAS” tərkibində olan radikal qruplaşma tərəfindən isə Təl-Əviv və Birşeba istiqamətində 210 raket atılıb. [video width="592" height="1280" mp4="https://i1.wp.com/www.abzas.net/wp-content/uploads/2021/05/Qv_lwlow5LsDtc1f.mp4"][/video] İsrail ordusu HƏMAS kəşfiyyatının iki əsas fiqurunun məhv edildiyini açıqlayıb. Bu barədə məlumat İsrail Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilib. “Bizim qırıcılarımızın köməkliyi ilə HƏMAS kəşfiyyatının əsas fiqurları; HƏMAS hərbi kəşfiyyatının Təhlükəsizlik şöbəsinin rəhbəri Hassan Kaodci və onun müavini, əks-kəşfiyyat şöbəsinin rəhbəri Vali İssanı neytrallaşdırıb”, - deyə İsrail ordusunun mətbuat xidməti bildirib. [video width="320" height="580" mp4="https://i1.wp.com/www.abzas.net/wp-content/uploads/2021/05/mfPGgAuUipHF-lGG.mp4"][/video] İsrailin Lod şəhərində yerli ərəb və yəhudi sakinləri arasında baş verən toqquşmalarla əlaqədar fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə Benyamin Netanyahu öz “Twitter” səhifəsində məlumat verib. Daha əvvəl Lodun meri vəziyyətin nəzarətdən çıxdığını əsas gətirərək hökumətdən ordu birləşmələrinin şəhərə yeridilməsini tələb etmişdi.  Al-Mayadeen telekanalı isə məlumat verir ki, şəhərin bir qrup ərəb sakini avtomobillərə od vurub, Lodda yerləşən sinaqoqlardan birini yandırmağa cəhd ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun