İsrail Qəzzada atəşin dayandırılması barədə qərar qəbul etdi

İsrail Qəzzada atəşin dayandırılması barədə qərar qəbul etdi
21 May 2021
Mətni dəyiş
İsrailin Nazirlər Kabineti Qəzza sektoruna zərbələrin dayandırılması barədə qərar qəbul edib. Bu barədə yerli televiziya məlumat yayıb. ABŞ prezidenti Co Bayden bildirib ki, İsrailin baş naziri ilə telefon danışığında Qəzza sektorunda hərbi əməliyyatları qurtarmaq qərarınə görə Binyamin Netanyahuya təşəkkür edib. "Baş nazir Benyamin Netanyahu ilə danışıqlarda 11 gündən az müddətdə mövcud hərbi əməliyyatlara son qoyduğuna görə ona təşəkkür etdim. Mən həmçinin bu münaqişə boyunca dediklərimi də vurğuladım: ABŞ İsrailin Qəzzada HƏMAS və digər terrorçu qruplaşmaların İsraildə günahsız insanların həyatına son qoyan raket hücumlarından müdafiə hüququnu tam dəstəkləyir", - ABŞ prezidenti deyib. ABŞ rəhbəri bildirib ki, Birləşmiş Ştatlar "Dəmir günbəz" Hava Hücumundan Müdafiə sisteminin bərpasına imkan yaradacaq. Bayden həmçinin Misir prezidenti Əbdülfəttah əl-Sisiyə atəşin dayandırılmasında vasitəçiliyinə görə təşəkkür edib.               Bayden həmçinin əlavə edib ki, ABŞ HƏMAS-la deyil, Fələstin administrasiyası ilə tam əməkdaşlıq şəraitində Qəzzanın bərpası üzərində işləmək niyyətindədir. Fələstinin xarici işlər naziri Riyad əl-Maliki isə jurnalistlərə BMT qərargahında bildirib ki, İsrailin atəşi birtərəfli qaydada dayandırılmasını elan etməsi yaxşı əlamət olacaq, ancaq belə addım kifayət deyil. "Ola bilər, onlar birtərəfli qaydada barışığı elan edəcəklər. Bu yaxşıdır, kütləvi qətllər, təcavüz dayanacaq. Amma bu tamamilə kifayət etmir", - o deyib. Qeyd edək ki, İsraillə anklavın sərhədində vəziyyət mayın əvvəllərində pisləşib. Şərqi Qüdsün Şeyx-Carrah rayonunda bir neçə fələstinli ailə ilə İsrailin polis əməkdaşları arasında baş verən toqquşmalar hərbi əməliyyatlarla nəticələnib. Raket zərbələri, habelə digər hərbi əməliyyatlar nəticəsində İsrail tərəfdən 12 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb. Fələstin isə İsrailin hava zərbələri nəticəsində ölənlərin sayının 230 nəfərə çatdığını, 1,7 min nəfərdən çox insanın yaralandığını açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun