Hindistanda koronavirusa yoluxanların sayı gündəlik 400 min nəfərdən yuxarı qalxıb

Hindistanda koronavirusa yoluxanlar.

Amerika Birləşmiş ştatları Hindistanda oksigen balonlarından ibarət  tibbi yük yollayıb. ABŞ həmçinin bu ölkə ilə sərnişin xəttlərini dayandırmağa çalışır. Hind həkimləri  son 24 saat içərisində ölkədə 401 993 koronavirus yoluxması halı aşkarlayıb. Hindistanda koronavirus xəstələrinin ümumi sayı 19 milyon nəfərdir.

Hindistana düşdüyü dəhşətli vəziyyətdə kömək etməyə çalışan 40-dan çox ölkə var. Belçika bu ölkəyə 9 min doza Remdesivir preparatı yollayıb ki, bu preparat koronavirusun müalicəsində effektivdir. Hind həkimləri isə ən çox oksigen balonlarından və pnevmaniya olmuş ağciyərlərin süni ventilyasiyası üçün lazım olan avadanlıqlara ehtiyac duyur.

Xatıraldaq ki, həm də Hindistanda oksigen balonları ilə ehtiyatsız davranma səbəbindən də tez-tez xəstəxanalardan yanğınlar olur. Bu günlərdə Hindistanın qərb şəhərlərindən biri olan Bxaruxda xəstəxanada oksigen balonunda baş verən yanğın nəticəsində 18 nəfər həlak olmuşdu.

Əvvəlki məqaləPolad Aslanovun xanımı həbsxanada həyat yoldaşına təzyiqlərin olduğunu bildirir
Növbəti məqalədə“Sabah” qəzeti Rəhimovun ölümünü “Azərbaycanı yasa boğan ölüm” başlığı ilə paylaşıb