Filippinin prezidenti nazirlərə danışmağı qadağan edib

Filippinin prezidenti nazirlərə danışmağı qadağan edib
18 May 2021
Mətni dəyiş

Filippin prezidenti Rodriqo Duterte nazirlərinin Çinlə söz savaşına girməsindən sonra kabinet üzvlərinə Cənubi Çin dənizi haqda danışmağı qadağan etdiyini bildirib. 

Duterte bildirib ki, əgər Çinlə danışmalı mövzumuz olsa, öz aramızda danışacağıq. Prezidentin açıqlaması zamanı müdafiə naziri Delfin Lorenzananın da yanında olması marağa səbəb olub.

Delfin Lorenzana bundan əvvəl Çinin gəmilərini Cənubi Çin dənizinə hücum məqsədi ilə göndərdiyini bildirmişdi.

Filippinə aid gəmilərin Cənubi Çin dənizində Çin gəmiləri tərəfindən bloklanması tərəflər arasında gərginliyə səbəb olub. Filippin Xarici İşlər Nazirliyi bloklanmadan sonra açıqlama yayıb, məsələyə çox sərt reaksiya verib.

Cənubi Çin dənizinə iddialar irəli sürən Çin bir müddətdir ki, buradakı adaları hərbiləşdirməyə çalışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun