Fikirləri mətnə çevirən neyroprotez hazırlanıb

Fikirləri mətnə çevirən neyroprotez hazırlanıb
13 May 2021
Mətni dəyiş
Amerikalı alimlər “kompüter-beyin” interfeysi yaradıblar. Bu barədə “Nature” jurnalında dərc olunan məqaləyə istinadən Stenford Universitetinin mətbuat xidməti məlumat verib. Bildirilir ki, ABŞ neyrofizioloqları tərəfindən hazırlanan vasitənin köməyilə dəqiqədə 90 işarə yazmaq mümkündür. Protezin könüllü sınaqları onurğasının zədələnməsi nəticəsində bədəni tam şəkildə iflic olmuş 63 yaşlı şəxs üzərində aparılıb. Tibbi vasitənin yaradıcıları protezin, ilk növbədə ətraf aləmlə ünsiyyət imkanını itirmiş şəxslər üçün nəzərdə tutulduğunu bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun