Ermənistan Müdafiə Nazirliyi bir metr də geri çəkilməyəcəklərini deyir

Ermənistan Müdafiə Nazirliyi bir metr də geri çəkilməyəcəklərini deyir
14 May 2021
Mətni dəyiş

"Azərbaycan hərbiçiləri Ermənistan ərazilərində qalmağa davam edir"

Bu açıqlamanı Ermənistan Müdafiə Nazirliyi yayıb. Nazirlik bildirib ki, Ermənistan mövqeyini açıq ifadə edib.

"Biz danışıqlarda Azərbaycan tərəfinə bildirdik ki, onlar geri çəkilməlidirlər. Bura Ermənistan ərazisidir və biz bir metr də geri çəkilməyəcəyik", - deyə Ermənistan Müdafiə Nazirliyi bildirib.

"Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır".

Bu açıqlamanı isə Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Açıqlamada deyilir ki, müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

"Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.

12 may tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun