Erməni ordusunun keçmiş Baş Qərargah rəisi dövlət sirrini yaymaqda ittiham edilir

Erməni ordusunun keçmiş Baş Qərargah rəisi dövlət sirrini yaymaqda ittiham edilir
4 May 2021
Mətni dəyiş
Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi general-polkovnik Movses Akopyana qarşı cinayət işi başladılıb. O Ermənistanın Milli Təhlükəsizlik Xidmətində sorğu-suala çəkilib, bundan sonra ona ittiham irəli sürülüb. Movses Akopyan dövlət sirrinin yayılmasında ittiham edilir. Xatırladaq ki, Movses Akopyan 2016-cı ildə keçmiş prezident Serj Sarkisyan tərəfindən Baş Qərargah rəisi təyin edilmişdi, Nikol Paşinyan isə 2018-ci ildə onun vəzifəsindən uzaqlaşdırıb. Movses Akopyan 44 günlük müharibə dövründə erməni ordusunun uğursuzluqlarını Paşinyanın səriştəsizliyi ilə əlaqələndirmiş, onu dəfələrlə ictimai şəkildə tənqid etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun