Erməni ordusunun keçmiş Baş Qərargah rəisi dövlət sirrini yaymaqda ittiham edilir

Movses Hakobyan.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi general-polkovnik Movses Akopyana qarşı cinayət işi başladılıb. O Ermənistanın Milli Təhlükəsizlik Xidmətində sorğu-suala çəkilib, bundan sonra ona ittiham irəli sürülüb.

Movses Akopyan dövlət sirrinin yayılmasında ittiham edilir.

Xatırladaq ki, Movses Akopyan 2016-cı ildə keçmiş prezident Serj Sarkisyan tərəfindən Baş Qərargah rəisi təyin edilmişdi, Nikol Paşinyan isə 2018-ci ildə onun vəzifəsindən uzaqlaşdırıb. Movses Akopyan 44 günlük müharibə dövründə erməni ordusunun uğursuzluqlarını Paşinyanın səriştəsizliyi ilə əlaqələndirmiş, onu dəfələrlə ictimai şəkildə tənqid etmişdi.

MƏNBƏnews.am
Əvvəlki məqaləAlmaniya xarici işlər naziri: “Jurnalistika azad olmasa demokratiya işləməz”
Növbəti məqalədəMahir Emreli “Legiya” ilə razılaşıb