Almaniya xarici işlər naziri: “Jurnalistika azad olmasa demokratiya işləməz”

Almaniya xarici işlər naziri Heiko Maas.

Almaniyanın xarici işlər naziri Heiko Maas Dünya Mətbuat Azadlığı günü münasibətiylə çıxışı zamanı azad jurnalistikanın önəmindən bəhs edib.

“İnsanların azad şəkildə xəbər almağa ehtiyacı var, bu olmadan demokratiya işləməz” – deyən Maas koronavirus pandemiyası zamanı jurnalistlərin işinin daha mühüm, amma daha çətin olduğunu bildirib. Nazir “Pandemiya ilə mübarizə” adı altında dünyanın müxtəlif ölkələrində jurnalistikanın da qısıtlandığını vurğulayıb.

Heiko Maas dünya boyu 50-dən çox jurnalistin işini yerinə yetirdiyi zaman öldürüldüyünü, daha çox sayda jurnalistin isə həbs edildiyi və zorakılığa məruz qaldığını deyib.

“Jurnlistika cinayət deyil və ona həyatı təhdid edən bir risk kimi baxılmamalıdır” – deyən Almaniya xarici işlər naziri jurnalistikanın ictimaiyyətə yararlı bir fəaliyyət sahəsi olduğunu vurğulayıb.

MƏNBƏeuronews.com
Əvvəlki məqaləTələbələr İqtisad Universitetinin qarşısında aksiya keçirib
Növbəti məqalədəErməni ordusunun keçmiş Baş Qərargah rəisi dövlət sirrini yaymaqda ittiham edilir