Ukrayna Rusiya aqressiyasına qarşı NATO-ya üzv olmaq istəyir

Ukrayna Rusiya aqressiyasına qarşı NATO-ya üzv olmaq istəyir
6 Aprel 2021
Mətni dəyiş

Ukrayna prezidenti Vladimir Zelenski ölkə sərhədləri içində rus hərbçilərinin yenidən toplanmasıyla gərginləşməyə başlayan Ukrayna-Rusiya münaqişəsi ilə bağlı NATO baş katibi Yens Stoltenberqə zəng vurub.

Ukrayna hökümətinin açıqlamasına görə prezident Zelenski telefon danışığı zamanı NATO-ya üzv olmaq üçün plan hazırlanmasını istəyib. Prezident bunu Rusiyaya verilmiş "lazımi mesaj" adlandırıb.

NATO-ya üzvlüyünün Donbassdakı müharibəni dayandırmağın tək yolu olduğunu deyən prezident NATO ölkələrinin Rusiyanı aqressiv hərəkətlərindən yayındırmaq üçün Qaradəniz hövzəsində hərbi varlıqlarını daha da artırmasını istəyib.

Zelenskinin bu danışığına Kremlin cavabı özünü gecikdirməyib. Kreml Ukraynanın NATO-ya üzvlüyünün vəziyyəti sadəcə pisləşdirəcəyini bəyan edib.

NATO baş katibi Yens Stoltenberq isə Ukraynaya siyasi dəstək öhdəliklərinin olduğunu, ancaq hərbi dəstək ehtimalının hələlik gündəmdə olmadığını dilə gətirib. Stoltonberq Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam etdiklərini və yaxın əməkdaşlıq qurmağı düşündüklərini dilə gətirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun