Ukrayna NATO ilə birlikdə təlimlərə başlayacaq

epa04908307 The Ukrainian Navy frigate Hetman Sahaidachnyi (R) and US Navy missile destroyer Donald Cook (DDG-75) are tied up during the Sea Breeze 2015 military drill opening ceremony at the Black Sea port of Odessa, Ukraine, 01 September 2015. EPA/ANDREW KRAVCHENKO / POOL

Ukrayna ordusu NATO ölkələri ilə birlikdə təlim keçirəcək. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, gələn ay keçiriləcək təlimlərdə 5 NATO ölkəsindən mindən çox hərbiçi iştirak edəcək.

“Xüsusilə düşməncə hərəkət edən qonşu ölkələrdə bir tərəfin hücumu ilə qarşılaşan bir dövlətin sərhəd və regional bütünlüyünü qorumaq üçün müdafiə addımlarına çalışılacaq”, – deyə açıqlamada bildirib.

Təlimlərin önəmli tərəfi odur ki, bu təlimlər Rusiya və Ukrayna münasibətlərinin yenidən gəgrginləşən dövrünü əhatə edir. Hazırda iki ölkə də müharibənin astanasındadır.

Rusiya və Ukrayna münasibətlərində gərginliyin yüksək olduğu bu günlərdə Kreml bəyan edib ki, ABŞ və NATO Ukraynanı hərbi baxımdan dəstəkləcəyi təqdirdə öz təhlükəsizliklərini qorumaq üçün əlavə tədbirlər görəcəklər.

Əvvəlki məqaləXalq artisti Rəmiş vəfat edib
Növbəti məqalədəRusiya hələlik ölkə ərazisində Twitter-i bloklamayacağını bəyan edir