Türkiyədə 17 günlük sərt karantin dövründə içki satışına qadağa qoyulub

Türkiyədə 17 günlük sərt karantin dövründə içki satışına qadağa qoyulub
29 Aprel 2021
Mətni dəyiş
Türkiyədə hökümət Covid-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ilk dəfə tam qapanma qərarı verib. Daxili İşlər Nazirliyi 17 günlük karantin tədbirləri haqda bəyanat yayımlayıb həm də istisnaların kimlərə və nə üçün veriləcəyini yayımlayıb. Nazirliyin yaydığı bəyanatında sırf içki satışı ilə məşğul olan mağazaların işləməyəcəyi, böyük marketlərdə də içki satışlarına qadağa qoyulacağını bildirilib. Nazir Süleyman Soylu ölkənin 81 rayonunun valisi ilə keçirdiyi video konfransda çıxışında da bildirib ki, karantin günlərində içki satışları tam qadağan olacaq. Digər tərəfdə hökümətin karantin günlərində içki satışı qadağasına ictimai etirazlar artmaqdadır. Belə ki, ölkənin əsas müxalifət partiyası CHP qadağanın heç bir hüquqi əsasının olmadığını, bunun insanların şəxsi həyatına müdaxilə olduğunu bildirib. CHP partiyasının Hüquq və Seçki İşlərinə cavabdeh sədr müavini Müharrem Erkek mətbuata açıqlamasında deyib ki, "Hökümət 17 günlük qapanma zamanı sahibkarlara heç bir yardım paketi təqdim etməmək bir yana, sırf içki satışı ilə məşğul olan mağazaları 17 gün qapalı saxlayacaq. Həmçinin burada ciddi bir şey var. Həyat tərzinə müdaxilə var. Şəxsi həyata müdaxilə var. Haqq və azadlıqlara müdaxilə var"  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun