Türkiyə də peyvənd istehsal edəcək, Rusiya ilə yeni razılaşma

Türkiyə də peyvənd istehsal edəcək, Rusiya ilə yeni razılaşma
26 Aprel 2021
Mətni dəyiş

Rusiyanın Birbaşa Sərmayə Fondu ilə Türkiyənin “Viscoran” əczaçılıq firması arasında razılaşma imzalanıb. razılaşmaya əsasən, Türkiyə Rusiyadan "Sputnik V" peyvəndi alacaq. Bu barədə məlumatı “Viscoran” dərman şirkəti yayıb. Məlumatda bildirilib ki, müqaviləyə əsasən qarşıdakı aylarda Türkiyədə də koronavirusa qarşı vaksin istehsal olunacaq. Martın 11-i baş nazir Əli Əsədov "Dərman vasitəsinin idxalı barədə" sərəncam imzalayıb. 

Sərəncama əsasən,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək. 

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun