Taliban: "Türkiyədə keçiriləcək görüşlərdə iştirak etməyəcəyik"

Taliban: "Türkiyədə keçiriləcək görüşlərdə iştirak etməyəcəyik"
13 Aprel 2021
Mətni dəyiş

Taliban Türkiyədə keçirilməsi planlaşdırılan görüşlərin bu həftə keçiriləcəyi təqdirdə görüşə qatıla bilməyəcəyini deyib.

Əfqanıstanda sülh üçün Amerikanın təşəbbüsü ilə başladılan, BMT-nin və Qətərin də iştirkı ilə keçirilməsi nəzərdə tutulan görüşlərə Türkiyə ev sahibliyi edir.

Rəsmilər görüşün 16 apreldə başlayacağını və 10 gün davam edəcəyini desələr də, görüşlərin rəsmi tarixi açıqlanmamışdı. Talibanın sözcüsü Mohammed Naeem bildirib ki, görüşlər bu həftə, yəni 16 apreldə başlayacağı təqdirdə görüşdə iştirak etməyəcəklər. O, bu barədə Türkiyəni də məlumatlandırdıqlarını bildirib.

Növbəti bir tarixdə iştirak etməklə bağlı suala isə Mohammed Naeem cavab olaraq bildirib ki, bu görüşlərdə iştirak etməklə bağlı qərar qəbul etmək üçün danışıqlarımız davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun