Şimali Koreya: "Heç bir yoluxma halı qeydə alınmayıb"

Şimali Koreya: "Heç bir yoluxma halı qeydə alınmayıb"
7 Aprel 2021
Mətni dəyiş

Şimali Koreyanın Ümumdünya Səhiyyə Təşkilatına təqdim etdiyi hesabatda ölkədə koronavirusa (Covid-19) yoluxma halının qeydə alınmadığı bildirilib. 

Koronavirusla mübarizəni "milli varlıq məsələsi" olaraq xarakterizə edən Şimali Koreya səlahiyyətliləri bildiriblər ki, hələlik yoluxma halına rastlanmayıb.

ÜST-ün Şimali Koreyadakı nümayəndəsi Edwin Salvador Şimali Koreyada epidemiyanın başlanğıcından 1 aprelə qədər 23121 nəfərin koronavirus testi verdiyini və bütün nəticələrin mənfi olduğunu bildirib.

Koronavirusa yoluxma şübhəsi ilə karantinə alınan şəxslərin sayı ilə bağlı məlumat verilməyib. Bununla bərabər ölkə idmançılarını yeni növ koronavirus (Covid-19) epidemiyasından qorumaq üçün Tokio olimpiadasında iştirakdan imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun