Serj Sarkisyan Rusiya səfiri ilə görüşüb Azərbaycandakı əsirlərin qaytarılması ilə bağlı müzakirə aparıb

Ermənistanda fəaliyyət göstərən Ermənsitan Respublika Pariyasının rəhbəri, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Rusiyanın bu ölkədəki səfiri Serqey Kopırkinlə görüşüb.

Üçüncü prezident Sarkisyanın dəftərxanasının yaydığı məlumata görə görüşdə regional təhlükəsizlik, erməni-rus ikitərəfli münasibətləri müzakirə olunub. Sarksiyan xüsusilə sonuncu Dağlıq Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən götürülmüş çoxlu sayda əsirin və ölmüş hərbi qulluqçularının cəsədlərinin qaytarılması ilə bağlı Rusiyanın vasitəçiliyi haqda rica edib.

Keçmiş prezident Sarkisyan həmçinin Ermənistanın daxili siyasətindəki böhranlı vəziyyətlə bağlı fikirlərini də Rusiya səfiri ilə bölüşüb.

MƏNBƏnews.am
Əvvəlki məqaləBelarusda müxalifət partiyasının lideri həbs olunub
Növbəti məqalədəDubayda dünyanın ən böyük günəş elektrik stansiyası tikilib