Rusiyanın sosial şəbəkələrə təzyiqi davam edir, indi də “TikTok” cərimələndi

Rusiyanın sosial şəbəkələrə təzyiqi davam edir, indi də “TikTok” cərimələndi
7 Aprel 2021
Mətni dəyiş

Rusiya məhkəməsi gəncləri qanunsuz tədbirlərə çağıran paylaşımları silmədiyi üçün “TikTok”-u cərimələyib. 

Rusiya Federasiyasının Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsinə nəzarət üzrə Xidməti – “Roskomnadzor”-un müraciətinə Moskvanın Tuqanski məhkəməsində baxılıb.

Məhkəmə dövlət qurumunun iddiasını təmin edib və sosial şəbəkəni 2 milyon 600 min rubl (578 min manat) cərimələyib.

Bundan əvvəl isə Rusiyada "Twitter"ə 3.2  milyon rubl həcmində cərimə kəsilib. "Roskomnadzor" "Twitter"i inzibati pozuntular iddası ilə məhkəməyə verib.

Moskvanın Tuqanski məhkəməsində işə baxılıb. Məhkəmə dövlət qurumunun iddiasını təmin edib və sosial şəbəkə 3.2 milyon Rusiya rublu məbləğində cərimələnib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun