Rusiyadan Erdoğanla bağlı açıqlama

Rusiyadan Erdoğanla bağlı açıqlama
30 Aprel 2021
Mətni dəyiş

Kremlin sözçüsü Dimitri Peskov deyib ki, Amerika Türkiyə prezidenti Receb Tayyib Erdoğanın ölkəsini irəli aparmaq yollarını bəyənmir. Peskov əlavə edib ki, Amerika daha çəkingən Türkiyə görmək istəyir. 

Dimitri Peskov bu sözləri Rusiyanın "Pervıy" kanalında Qərb - Türkiyə münasibətlərindən danışarkən deyib.

"Türkiyənin suverenliyi, müstəqil xarici və daxili siyasətə bağlı qalması NATO-nu və Amerikanı ciddi şəkildə narahat edir. NATO və Amerika Erdoğanın Türkiyəni özündən əmin şəkildə irəli aparmasını bəyənmir, onlara daha əsnək bir Türkiyə lazımdır", - deyə Kremlin sözçüsü Dimitri Peskov bildirib.

Sözçü əlavə edib ki, Qərbin bu istəyi elə istək olaraq qalacaq, çünki Türkiyə artıq özündən əmin şəkildə ayaq üstə duran fərqli bir dövlətdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun