Rusiyada peyvənd olunan 60 yaşdan yuxarı şəxslərə qida məhsulu veriləcək

Rusiyada peyvənd olunan 60 yaşdan yuxarı şəxslərə qida məhsulu veriləcək
29 Aprel 2021
Mətni dəyiş

Rusiyanın şərqindəki Xabarovsk şəhərində hökumət vətəndaşları koronavirus (Covid-19) əleyhinə peyvənd vurdurmağa təşviq etmək üçün yeni qərarlar verib. Qərara əsasən, koronavirus peyvəndi vurduran 60 yaşdan yuxarı şəxslərə 10 ədəd yumurta veriləcək. 

Bu barədə Xabarovsk rəhbərliyi açıqlama verib.

Məlumata görə, yumurtaların paylanılması bu gün və sabah 14 peyvənd məntəqəsində həyata keçiriləcək. 1,3 milyon vətəndaşı olan Xabarovskda indiyə qədər 78 min insan peyvənd olub.

Koronavirus epidemiyası yayılandan bu günə kimi, Xabarovskda 50 mindən çox insan bu virusa yoluxub. Virusa yoluxanlardan 380 nəfərinin həyatını xilas etmək mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun