Rusiyada peyvənd olunan 60 yaşdan yuxarı şəxslərə qida məhsulu veriləcək

Rusiyanın şərqindəki Xabarovsk şəhərində hökumət vətəndaşları koronavirus (Covid-19) əleyhinə peyvənd vurdurmağa təşviq etmək üçün yeni qərarlar verib. Qərara əsasən, koronavirus peyvəndi vurduran 60 yaşdan yuxarı şəxslərə 10 ədəd yumurta veriləcək. 

Bu barədə Xabarovsk rəhbərliyi açıqlama verib.

Məlumata görə, yumurtaların paylanılması bu gün və sabah 14 peyvənd məntəqəsində həyata keçiriləcək. 1,3 milyon vətəndaşı olan Xabarovskda indiyə qədər 78 min insan peyvənd olub.

Koronavirus epidemiyası yayılandan bu günə kimi, Xabarovskda 50 mindən çox insan bu virusa yoluxub. Virusa yoluxanlardan 380 nəfərinin həyatını xilas etmək mümkün olmayıb.

Əvvəlki məqaləTürkiyədə 17 günlük sərt karantin dövründə içki satışına qadağa qoyulub
Növbəti məqalədəDİN: “Fuad Rəsulzadəni döyən şəxslər Xudayarın yaxın qohumları olub”