Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı rusdilli əhalini axıra kimi müdafiə edəcəklərini bəyan edib

Rusiya ordusu Gürcüstana soxulur. 2008-ci il.

Rusiya Xarici İşlər Nazirinin müavini Serqey Ryabkov bu gün jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib ki, “Rusiya bundan sonra da Ukraynadakı rusdilli əhalini müdafiə edəcək”. Ryabkov bildirib ki, Rusiyanın öz soydaşlarını qorumaq üçün addımlarına ABŞ mane ola bilməz. O bu sözləri ABŞ-ın Donbassdakı rus aqressiyasına görə Rusiyanın cavab verməli olacağı haqda bəyanatını şərh edərkən deyib. Ryabkov həmçinin ABŞ-ın beynəlxalq alməmdə Rusiyanın imicini zədələməyə çalışdığını da bildirib.

Xatırladaq ki, bundan öncə ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Donbassdakı aqressiv hərəkətlərinə görə hədələmiş və Rusiyanın mənfi nəticələrə də hazır olması lazım gəldiyini demişdi. “Məsələ ordadır ki, Rusiya bundan sonra da aqressiv və cəzasız davranacaqmı. Əgər davranacaqsa onda prezident (ABŞ prezidenti Co Bayen) – buna görə bir əvəz ödəntdirəcək, Rusiyanın bu hərəkətlərinin mənfi nəticələri olacaq” – deyə Blinken NBC kanalına müsahibəsində deyib.

ABŞ-ın Rusiyanı hərəkətlərinə görə xəbərdar etməsi Ukrayna sərhəddlərində rus hərbi qüvvələrinin sıxlaşdırılması fonunda baş verib. ABŞ dövlət departamentinin başqa bir katibi Cen Psaki isə bu vəziyyəti 2014-cü ildən bəri görünməmiş vəziyyət adlandırıb. Rəsmi Kiyev Moskvanı Ukrayna sərhəddinə və işğal olunmuş Krıma 80 mindən çox hərbçi toplamaqda ittiham edir.

Rusiya müdafiə naziri Serqey Şoyqu isə Ukrayna sərhəddi boyu bu cürə hərbçi toplanmasını “kontrol yoxlaması” adlandırıb.

MƏNBƏlenta.ru
Əvvəlki məqaləNATO: “Rusiya qonşu ölkələri tamamilə təsir altına salmağa çalışır”
Növbəti məqalədəRamazan ayı başlayıb