Rusiya 'Twitter'i cərimələyib

Rusiya 'Twitter'i cərimələyib
2 Aprel 2021
Mətni dəyiş

Rusiya məhkəməsi Tvitteri 3 milyon 2 min rubl (71,400 manat) cərimələyib.

Məlumata görə məhkəmə Tvitteri ölkədə qadağan olunan məlumatları silməməkdə ittiham edərək cərimələyib.

Rusiya bundan əvvəl də azyaşlıların istismar edilməsinə və intihara şövq etməyə yönələn məlumatların silinməsi ilə bağlı Tvitterə xəbərdarlıq etmişdi.

Tvitterin cərimələnməsi isə ilk hal deyil. Bundan əvvəl 2020-ci ildə “Facebook” və “Twitter” ümumilikdə 8 milyon Rusiya rublu (hər birini 63,4 min ABŞ dolları) məbləğində cərimələnib.

Moskvanın Taqanskiy rayon məhkəməsi Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (“Roskomnadzor”) fərdi məlumatların məxfiliyinin qorunması siyasətinə uymadıqlarına görə həmin sosial şəbəkələrə qarşı qaldırdığı iddianı təmin edib.

Rusiyada eyni səbəbdən 2016-cı ildə “LinkedIn”ə girişə qadağa qoyulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun