Rusiya Azadlıq Radiosunu bir milyon dollar cərimələyib

Rusiya Azadlıq Radiosunu bir milyon dollar cərimələyib
8 Aprel 2021
Mətni dəyiş

Rusiyada internetin fəaliyyətinə nəzarət edən "Roskomnadzor" dövlət agentliyi "Azadlıq Radiosu"nu hökümətin tələblərinə əmək etmədiyinə görə 71,5 milyon rubl, yəni təqribən 1 milyon dollar cərimələyib. Cərimələnmə aprelin 7-i baş tutub və "Roskomnadzorun" məmurları radioda yol verilmiş qanun pozuntuları ilə bağlı 390 protokol tərtib ediblər.

Rusiya qanunlarına görə "Azadlıq Radiosu"nun rus bölməsinin baş direktoru 60 gün ərzində cəriməni ödəməlidir.

"Azadlıq Radiosu" rus xidmətinin baş direktoru Andrey Şarıy isə cərimədən 244 apellyasiya şikayəti verəcəklərini bildirib. İndiyə qədər isə Moskvanın Tverskoy məhkəməsi artıq "Azadlıq Radiosu"nun 72 apellyasiya şikayətinə baxıb və onların heç birini təmin etməyib. Mediakorparasiya hesab edir ki, yazılmış cərimə radionun fəaliyyətinə mane olmaq məqsədi güdür.

Xatırladaq ki, Rusiyada 2017-ci ildə xarici agent - KİV-ləri haqda qanun qəbul edilib. Qanunun tələbi ilə xaricdən maliyyə alan istənilən kütləvi informasiya vasitəsi xarici agent sayılır. Belə KİV-lərin fəaliyyətini "Roskomnadzor" nəzarətdə saxlayır və onları sərt cərimələyə də bilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun