Qırğızıstanla Tacikistan arasında sərhəd üstündə münaqişə yaşanıb, 20 nəfər ölüb

Qırğızıstan Tacikistan sərhəddi.

Aprelin 29-dan başlayaraq Tacikistanla Qırğızıstanın sərhəddində baş verən atışmalar zamanı hər iki tərəfdən 20 nəfərə yaxın insan ölüb. 150-nəfər isə müxtəlif ağırlıqlı bədən xəsarətləri alıb.

Qırğızıstan tərəfi atışmaların Tacikistan sərhəddçiləri tərəfindən sovet dövründən qalma su anbarının ətrafına kameralar yerləşdirilməsi üzündən başladığını bəyan edib. Belə ki, Tacikistanla Qırğızıstan aralarındakı 900 km-dən çox sərhədd xəttini hələ razılaşdırmayıb və tez-tez tərəflər arasında bu üzdən atışmalar olur. Tacikistan tərəfi su xəttlərinin hara axmasına nəzarət etməyə çalışarkən Qırğızıstan tərəfi isə taciklərin əraziyə basdırdıqları sərhədd xəttini göstərən dirəkərini dağıdıblar. Bundan sonra hər iki tərəfdən olan yaşayış məntəqələrinin sakinləri bir-birlərini daşlamağa başlayıb. Gərginlik tezliklə kiçik münaqişəyə çevrilib.

Aprelin 30-u tərəflər bir-birlərinə bir neçə dəfə atəş açıb. Bəzi qırğızların evlərini yandırıblar, bir neçə yanacaq doldurma və yol kənarı mağaza yandırılıb.

Aprelin 30-u səhər Qırğızıstan Daxili İşlər Nazirliyi Tacikistanla sərhəddə atışmaların hələ də davam etdiyini bildirib.

Rusiya hər iki tərəfi təmkinli olmağa münaqişənin böyüməsinin qarşısını almağa çağırıb.

Əvvəlki məqalə“Dağlıq Qarabağın azərbaycanlı icması” özünü buraxdı, yerinə “Qarabağa dönüş” təşkilatı yarandı
Növbəti məqalədəGənclər və İdman naziri Azad Rəhimov vəfat edib