Qarabağda iki yeni yol tikilir

Şuşa yeni çəkilən yol.

Dövlət başçısının sərəncamı ilə azad edilmiş ərazilərdə iki avtomobil yolunun – Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı yolunun tikintisinə başlanıb. Bütün bu ərazilər İkinci Qarabağ müharibəsi zamanı azad edilib.

Avtomobil Yolları Agentliyinin məlumatında deyilir ki, Xudafərin-Qubadlı-Laçın yolunun uzunluğu 66 km, Xanlıq-Qubadlı yolunun uzunluğu isə 17 km təşkil edəcək.

Hər iki yol 4 zolaqlı və birinci kateqoriyalı yololacaq. Yol boyunca beş yeni körpü salınacaq. Tikintinin subpodratçısı Türkiyənin Polat Yol Yapı Sanayi ve Ticaret şirkətidir.

Əvvəlki məqaləKoçaryan Paşinyanı ona qatil dediyi üçün məhkəməyə verib
Növbəti məqalədəAzərbaycanda koronavirusa gündəlik yoluxmaların sayı 3 minə çatır