Putin yenidən prezidentliyə namizəd ola biləcək

Putin yenidən prezidentliyə namizəd ola biləcək
6 Aprel 2021
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin dövlət başçısına yenidən prezidentliyə namizəd olma hüququnu verən qanunu təsdiqləyib. Seçki və referendumla bağlı qanunvericiliyi Rusiya konstitusiyasında edilən dəyişikliklərlə uyğunlaşdıran qanun layihəsini Putin imzalayıb. Qanuna görə, eyni şəxsin Rusiya prezidenti vəzifəsini tuta biləcəyi müddət sayının limiti mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu, mövcud dövlət başçısına daha 2 müddətə yenidən prezidentlik vəzifəsini icra etməyə imkan verir.

Yeni qanuna görə, ancaq 35 yaşına çatmayan, son 25 ili Rusiyada yaşayan, başqa ölkə vətəndaşlığı olmayan və ya oturum icazəsi almayan şəxslər prezidentliyə namizəd ola biləcəklər.

Rusiya Federasiyası Konstitusiyasının eyni şəxsin Rusiya Federasiyası Prezidenti vəzifəsini tuta biləcəyi müddət sayını məhdudlaşdıran müddəası Rusiya Federasiyası Prezidenti vəzifəsini tutmuş və (və ya) hazırda tutan şəxsə müvafiq məhdudlaşdırmanı nəzərdə tutan qanunun qəbulundan əvvəl vəzifədə olduğu müddətlər nəzərə alınmadan şamil edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun