Prezident “Bravo” supermarketlərinin rəhbərini Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinə sədr təyin edib

Zaur Mikayılov - Meliorasiya və Su təsərrüfatı Açıq Səhimdar Cəmiyyətinin direktoru.

Prezident İlham Əliyev Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, sərəncamda qeyd edilir ki, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.

Xatırladaq ki, aprelin 2-də Prezident İlham Əliyev Əhməd Əhmədzadənin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Z.Mikayılov 1992-1998-ci illərdə Türkiyədə Boğaziçi Universitetinin Biznesin İdarəedilməsi fakültəsini bitirib. 2001-2009-cu illərdə “Bakcell” şirkətində maliyyə şöbəsinin direktoru, 2009-2015-ci illərdə “Port Baku Towers”in baş direktoru, 2015-2016-cı illərdə “Pasha Construction” şirkətində şöbə müdiri, 2016-2018-ci illərdə “Agro Dairy” MMC-də icraçı direktor işləyib.

Zaur Mikayılovun son vəzifəsi 2018-ci ildən “Bravo Supermarket”in icraçı direktoru olub. 2021-ci il yanvar ayında bu işindən ayrılıb.

MƏNBƏpresident.az
Əvvəlki məqaləRusiya hələlik ölkə ərazisində Twitter-i bloklamayacağını bəyan edir
Növbəti məqalədəQubad İbadoğlu: “Metroya ayrılan pullara üç aydır qənaət olunur”