Peskov: "Amerika ilə münasibətlərdə ən pis ssenariyə də hazırıq"

Peskov: "Amerika ilə münasibətlərdə ən pis ssenariyə də hazırıq"
9 Aprel 2021
Mətni dəyiş

"Amerikanın Rusiyaya qarşı münasibəti düşmən münasibətidir və bəzən gözlənilməz qərarlar alınır. Bu səbəbdən Rusiya Amerika ilə münasibətlərdə ən pis ssenariyə də hazırdır"

Bu sözləri Rusiyanın paytaxtı Moskvada jurnalistlərin suallarını cavablandırarkən Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dimitri Peskov deyib. O bildirib ki, Rusiya heç kim üçün təhdid yaratnır.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü bildirib ki, Amerika ilə münasibətləri ümumiyyətlə kəsmək fikri düzgün fikir deyil: "Ancaq təbii ki, Amerika da daxil olmaqla heç kimə imkan vermərik ki, bizi təhdid etsin, nəyisə diqtə etməyə çalışsın, maraqlarımıza zərbə vursun", - deyə o, bildirib.

Peskov Amerikanın "Şimal Axını-2" layihəsinin dayandırılması üçün bu işlə məşqul olacaq nümayəndə təyin etməsinə cavab olaraq bildirib ki, bu layihənin Amerika ilə heç bir əlaqəsi yoxdur.

"Başqa bir qitədə yerləşən boru xətti ilə bağlı nümayəndə təyin etmək başqa ölkələrin daxili işlərinə qarışmağın gözəl nümunəsidir", - deyə Rusiya prezidentinin sözçüsü bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun