Oxford-AstraZeneca peyvəndinin uşaqlar üzərində sınaqları dayandırılıb

Oxford-AstraZeneca peyvəndinin uşaqlar üzərində sınaqları dayandırılıb
7 Aprel 2021
Mətni dəyiş

Oxford Universiteti "AstraZeneca" dərman şirkəti ilə birlikdə hazırladıqları koronavirus (Covid-19) əleyhinə peyvəndin uşaqlar üzərində sınaqlarını dayandırıb. 

Oxford Universiteti bildirib ki, peyvəndlə bağlı əlavə məlumatlar gözləyirlər.

"Pediatrik klinik testlərdə heç bir təhlükəsizlik problemi olmasa da, dərman və səhiyyə məhsulları tənzimləmə orqanlarından (MHRA) yetkin şəxslərdə olan, nadir hallarda görülən tromboz/trombositopeniya (qan laxtalanması) hallarına baxılması ilə əlaqədar əlavə məlumat gözləyirik", - deyə universitetin a,;qlamas;nda qeyd olunu.

Bundan əvvəl isə ABŞ-da 32000-dən çox könüllünün iştirak etdiyi Oxford-AstraZeneca peyvəndinin sınaqdan keçirilməsinin çoxdan gözlənilən nəticələri təsdiqlənib.

Peyvəndin sınaqlarında əsasən ABŞ-da və eləcə də Çili və Peruda 32 mindən çox könüllü iştirak edib.

AstraZeneca peyvəndi simptomatik Covid xəstəliyini dayandırmaqda 79 faiz və insanların ağır xəstələnməsinin qarşısını almaqda 100 faiz effektiv olduğunu göstərib.

Eyni zamanda AstraZeneca-nın tromboza səbəb olması da aşkar olunmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun