Morqan Friman: “Mənə güvənirsinizsə peyvənd etdirin”

Amerikalı aktyor Morqan Freeman.

Məşhur amerikan aktyoru Morqan Friman onu sevən pərəstişkarlarına Covid-19-a qarşı peyvənd vurdurmaq çağırışı edib. Friman “Mənə güvənirsinizsə tövsiyyəmə əməl edib Covid-19-a qarşı peyvənd vurdurun”.

83 yaşlı aktyor dünən “The Creative Coalition” şəbəkəsinin çəkdiyi sosial reklamda çıxış edərək deyib ki: “Mən həkim deyiləm, amma elmə güvənirəm. İnsanlar da mənə güvənir. Buna görə də deməliyəm ki, elmə güvəndim və peyvənd elətdirdim” – deyib.

Amerikalıları peyvənd olunmağa çağıran Friman bunun “dünyanın yenidən əvvəlki kimi əylənə biləcəyiminiz yer olması üçün çalışmalıyıq” – deyib.

Amerikalı aktyor və dumlyaj sənətçisi Friman saysız-hesabsız mükafatlar alıb və çəkildiyi çoxsaylı filmlərlə Hollywood-un ən uğurlu aktyorlarından biri seçilib.

MƏNBƏVariety magazine
Əvvəlki məqaləOxford-AstraZeneca peyvəndinin uşaqlar üzərində sınaqları dayandırılıb
Növbəti məqalədəLukaşenko Belarusun bəzi ölkələrdəki səfirliklərini bağlamaq istəyir