Merkel Putini rus hərbçilərini Ukrayna sərhəddlərindən çəkməyə çağırıb

Anqela Merkel və Vladimir Putin.

Almaniya kansleri Angela Merkel aprelin 8-i Rusiya prezidenti Vladimir Putinə telefon zəngi edib. Onlar Ukrayna sərhədləri boyu rus hərbi varlığının artırılmasını müzakirə edib və hərbi kontingentin Ukrayna sərhədlərindən çəkilməsinə çağırış edib. Bu haqda Almaniya hökümətinin mətbuat katibliyi açıqlama yayıb.

Ukrayna mövzusundan əlavə iki siyasətçi Rusiyada həbsdə olan və martın sonu aclıq elan edən müxalif lider Aleksey Navalnı haqqında da danışıblar. Navalnı müayinə olunmaq üçün özünün güvəndiyi həkim tələb edir.

Öz növbəsində Rusiya prezidenti də Merkelə “Kiyevin provakativ hərəkətlərindən” şikayətlənib. O deyib ki, təmas xəttində vəziyyəti məhz Ukrayna gərginləşdirir.

Merkel və Putin Suriya, Liviya, Bosniya və Hersoqovinadakı vəziyyəti də müzakirə ediblər.

MƏNBƏReuters
Əvvəlki məqaləBu il Pekin dünyada ən çox milyarderin yaşadığı şəhər olub
Növbəti məqalədəKoçaryan Paşinyanı ona qatil dediyi üçün məhkəməyə verib