Koçaryan Paşinyanı ona qatil dediyi üçün məhkəməyə verib

Koçaryan Paşinyanı ona qatil dediyi üçün məhkəməyə verib
8 Aprel 2021
Mətni dəyiş
Ermənsitanın keçmiş prezidenti Robert Koçaryan ölkənin indiki baş naziri Nikol Paşinyanı məhkəməyə verib. Koçaryan Paşinyanın onun haqda "ictimai yalanlar" danışmaqda ittiham edir. Koçaryanın vəkili Elina Saakova deyir ki, bu il martın 1-də Paşinyan keçirdiyi mitinqdə 2008-ci ildə Koçaryanın konstitusiyon hakimiyyəti yıxaraq yenədin hakimiyyəti qəsb etməyə çalışdığını deyib. Elina Saakova Koçaryanın mənəvi zərərə görə 4 milyon erməni dramı yəni 7,5 min dollar kompensassiya tələb etdiyini qeyd edib. Xatırlada ki, Paşinyan martın 1-də İrəvanda keçirdiyi mitinqdə Koçaryan və Sarkisyanı nəzərdə tutaraq deyib ki, "Bu insanlar 2008-ci ildə hakimiyyətdə qalmaq üçün xalqa qarşı ordu yeridiblər ki, xalq öz iradəsini təmin edə bilməsin. 2008-ci il hadisələrnin üstü açılıb, ancaq qatillərin kimliyi açılmayıb, çünki itintaq orqanları sübutları saxtalaşdırıblar. Elə bu gün də həmin adamlar xalqa qarşı ordu yeritməyə çalışırlar". Koçaryanın vəkili düşünür ki, qatil deyəndə Paşinyan məhz Koçaryanı nəzərdə tutub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun