İsraildə dini bayram zamanı yaranan izdihamda 40-dan çox insan ölüb

İsraildə dini bayram zamanı yaranan izdihamda 40-dan çox insan ölüb
30 Aprel 2021
Mətni dəyiş
İsraildə keçirilən Laq ba-Omer bayramı zamanı yaranan izdiham nəticəsində 44 nəfər ayaq altında qalaraq həlak olub, 100-dən çox adam isə travma alıb. İsrailin Xilasetmə Xidmətinin rəhbəri David Adom baş verən hadisəni görünməmiş faciə adlandırıb. Hadisə əsasən ortodoksal olan minlərə zəvvarın Meron dağına yürüşü zamanı baş verib. Hökümət əvvəlcədən iştirakçıların sayının 10 mindən artıq olmaması ilə bağlı xəbərdarlıq etsə də ancaq yürüşə dəfələrlə çox adam qatılıb. Sosial şəbəkədə paylaşılan videolardan görünür ki, izdiham və həyacan dağın dik zirvələrinə qalxan zaman tribunaların birinin qırılması, 10-15 nəfərin sürüşüb yıxılması və bir-birinin üstünə düşməsi ilə başlayır. İnsanlar faciənin baş verməsində polisi günahlandırır ki, polis zəvvarların sayı artdıqca yeni zəvvarları da əraziyə buraxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun