İordaniya kralının qardaşı Həmzə ibn Hüseyn ev dustaqlığına salındığını bəyan edib

İordaniya kralının qardaşı Həmzə İbn Hüseyn.

İordaniya kralı II Abdullanın ögey qardaşı Həmzə ibn Hüseyn keçən həftə yaydığı videomüraciətdə ev dustaqlığında olduğunu deyib və iqtidarda olan sistemi səriştəsizlikdə və korrupsiyada ittiham edib. O bununla yaxın şərqin ən güclü monarxiyalarından birinin gizli qüsurlarının üstünü açıb.

Həmzə ibn Hüseynin videomüraciəti İordaniyanın rəsmi dövlət xəbər agentliyinin iki keçmiş yüksəkçinli məmurun həbs olunması, bir neçəsinin isə təhlükəsizlik məqsədi ilə nəzarətə alınması xəbərindən sonra yayılıb. İordaniya höküməti isə Həmzənin həbsi yaxud da ev dustaqlığında olması haqda heç bir rəsmi xəbər yaymayıb.

Həmzə ibn Hüseynin müraciətini BBC radiosu yayıb. Kralın ögey qardaşı 2004-cü ildə vəliəhd titulundan məhrum edilib. O müraciətində deyib ki, keçən həftənin şənbə günü səhər tezdən  müdafiə naziri onu evində ziyarət edib və ona daha küçəyə çıxmayacağını, insanlarla ünsiyyətdə olmayacağını yaxud görüşməyəcəyini bildirib.

Həmzə vəliəhd şahzadə titulundan məhrum edildikdən sonra onunla qardaşı Abdulla arasında açıq rəqabət gedir. Kral Abdulla Həmzəni özünə vəliəhd kimi 1999-cu ildə atası Kral Hüseyn xərçəngdən vəfat etdikdən sonra seçmişdi. Bu Kral Hüseynə hörmət məqsədi ilə edilmişdi, çünki Kral Hüseyn özünün 11 oğlu arasında ən çox Həmzəyə dəyər verirdi. Ancaq Abdulla Həmzəyə vəliəhd titulu verdikdən beş il sonra onu bu tituldan məhrum etməyi qərara alıb.

 

MƏNBƏlenta.ru
Əvvəlki məqaləAvropa Birliyi Ukrayna sərhəddində rus hərbçilərinin çoxalmasından narahatdır
Növbəti məqalədəFeysbukda 500 milyondan çox istifadəçinin məlumatlarının ələ keçirildiyi bildirilir