İngiltərənin Şimali Kipr Türk Respublikasını tanıyacağı deyilir

İngiltərənin Şimali Kipr Türk Respublikasını tanıyacağı deyilir
26 Aprel 2021
Mətni dəyiş

İngiltərə hökuməti yaxın vaxtlarda Şimali Kipr Türk Respublikasını tanımağı düşünür. Bu barədə İngiltərənin "The Sunday Express" nəşri məqalə ilə çıxış edib. 

Məlumata görə, "The Sunday Express" nəşri məlumatı İngiltərə hökumətinin mərkəzin olan Whitehall-a yaxın mənbələrə istinadənən verib. Mənbələr bildirib ki, Ingiltərə hökuməti artıq ciddi şəkildə türklərin Şimali Kipr Türk Respublikasını tanımağı düşünür.

Rusiya Araçdırmalar İnsitutunun məlumatına görə əgər Cenevrə görüşündə bu barədə razılaşma olmasa, İngiltərə KKTC-ni tanıyacaq.

Məlumatlara görə, İngiltərə tanıdıqdan sonra ilk olaraq Şimali Kipr Türk Respublikasına birbaşa uçuşları başladacaq. Boris Johnson hökuməti əgər görüşlərdə təklif etdiyi şərtləri qəbul etdirə bilməsə, KKTC ilə ilk diplomatik münasibətləri başladacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun