İngiltərə şahzadəsi Filip 99 yaşında vəfat edib

İngiltərə şahzadəsi Filip 99 yaşında vəfat edib
10 Aprel 2021
Mətni dəyiş
Böyük Britaniya kraliçası II Yelizavetanın əri Edinburq knyazı Filip dünyasını dəyişib. Bukinqem sarayının bəyanatında deyilir ki, 99 yaşlı Filip Vindzor qəsrində dünyasını dəyişib. Filip eyni zamanda Yunanıstan kralı I Georgiusun nəvəsi və Yunanıstan şahzadəsi Andreasın oğludur. O 1921-ci ildə Yunanıstanın Korfu adasından dünyaya gəlib. 1922-ci ildə Yunanıstanın məğlub olduğu türk-yunan müharibəsindən sonra Filip ailəsi ilə birlikdə Yunanıstandan Fransaya sürgün edilib. Onun uşaqlığının ilk illəri Fransada keçib, ancaq ilk təhsilini İngiltərə, Şotlandiya və Almaniyada alıb. O 18 yaşında Böyük Britaniya vətəndaşlığını qəbul etmədən İngiltərə Kral Donanmasında xidmət etməyə başlayıb. II Dünya Müharibəsi dövründə zabit kimi mühüm rəşadətlər göstərən Filip 1939-cu ildə ilk dəfə tanış olduğu kraliça Yelizaveta ilə 1947-ci ildə evlənib. O gündən bəri 74 il evli olub. Birləşmiş Krallıq tarixində taxtda ən uzun müddət qalmış II Yelizavetanın əri olan Filip səltənətin protokil qaydalarına görə ictimai yerlərdə həmişə arvadından iki addım geridə dayanmalıyıdı. O kütləvi informasiya vasitələri tərəfindən məzəli, zarafatcıl, fikirlərinə heç bir senzura qoymayan bir insan kimi tanınır və bu tərəfinə görə Britaniya xalqının simpatiyasını qazanmışdı. O, 2017-ci ildə rəsmi vəzifələrinin hamısından çıxdığını açıqlayıb, amma o zamana qədər 637 rəsmi səfərə gedib, 5 min 500 çıxış edib, 780 təşkilatla ya sədrlk etmiş, ya da himayəsi altına almış, 14 kitab yazmışdı. Şahzadə Filipin II Yelizavetadan dörd uşağı və səkkiz nəvəsi ar idi. O həm də Edinburq knyazı, Yunanıstan və Danimarka şahzadəsi titulları da daşıyırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun