İngiltərədə karantin yumuşaldılır, toylara da icazə veriləcək

İngiltərədə uzun müddətdən sonra koronavirus əleyhinə karantin tədbirləri yumuşaldılır. Bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, hökumətin açıqladığı yeni pandemiya siyasəti ilə əlaqədar ölkə ərazisində açıq havada çalışan bütün kafelər, restoranlar işləyəcək. Bununla yanaşı, açılacaq məkanlar arasında gözəllik salonları, mağazalar, idman zalları, zooparklar, əyləncə parkları, kitabxanalar və icma mərkəzləri var.

Eyni evdə yaşayanlar birlikdə istirahətə gedə biləcəklər, toylarda ən çox 15 nəfərin, dəfn mərasimində 30 nəfərin iştirakına icazə veriləcək.

Britaniyanın Baş naziri Boris Conson bildirib ki, veriləcək qərarlar çox önəmli qərarlardır, ona görə də insanlar günlük həyatlarında virusa qarşı çox diqqətli davranmalıdırlar.

Şimali İrlandiyada da “evdə qal” xəbərdarlığı sona çatır. Şotlandiya və Uels də karantin tədbirlərinin yumuşaldılmasına qərar verib.

Əvvəlki məqaləNeft və qaz bahalaşıb
Növbəti məqalədəEkvadorun yeni prezidenti: “Prezidentə qarşı çıxmaqdan qorxmayın”