Erməni qadınlar Azərbaycandakı erməni əsirlərin qaytarılması tələbi ilə aksiya keçiriblər

Erməni qadınlar Azərbaycandakı erməni əsirlərin qaytarılması tələbi ilə aksiya keçiriblər
7 Aprel 2021
Mətni dəyiş
Aprelin 7-si Ermənistanda qeyd edilən "Analar və gözəllik" günündə "VETO" qadın hərakatı etiraz aksiyası keçirib. Aksiya iştirakçısları paytaxtın Şarl Aznavur küçəsi ilə Hökümət evi tərəfə yürüş keçiriblər. "VETO" qadın hərəkəti bəyanatında yürüşün məqsədi kimi Azərbaycanda olan erməni əsirlərin qaytarılması tələbini irəli sürüblər. Onların bütün erməni analarına və qadınlarına müraciətində deyilir ki: "Təxminən beş ay əvvəl imzalanmış utancverici təslimiyyət aktı imzalanıb. Müharibədən sonrakı acıların böyük hissəsi erməni qadınların çiyninə düşüb. Hələ də satqın hakimiyyət bizim müharibə qurbanlarımızın, yaralılarımızın, əsirlərimizin və itkinlərimizin sayını gizlədir. Vəziyyət o həddə çatıb ki analar dağlarda, meşələr öz övladlarını axtarırlar, heç olmasa onların qalıqlarını tapmaq istəyirlər, heç bilmirlər ki, onlar ölüb, yoxsa əsirlikdədir yoxsa itkindir. Balalarını itirmiş və yol gözləyən analar hələ də bir neçə aydır ki, kabuslar görürlər".  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun